"Qafqaz - qonaqpərvərlik vətəni"
Abşeron aşıqları Çeçenistanda çıxış ediblər
Dekabrın 16-17-də
Rusiya Federasiyası Çeçenistan
Respublikasının Qroznı şəhərində "Qafqaz - qonaqpərvərlik vətəni"
Beynəlxalq Mədəniyyət və Turizm
Forumu çərçivəsində xalq yaradıcılığı festivalı keçirilib. Festivalda
respublikamızı Abşeron rayon Mədəniyyət evinin
aşıqlar qrupu təmsil edib.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə festivala yola düşən nümayəndə heyətinə aşıq Famil Mikayılov və onu müşayiət edən Kərəm Vəliyev, Nurlan Abbasov və Mehman Seyidov daxil idi. Festivalda 12 ölkənin folklor qrupları iştirak edib. Abşeron aşıqlarının ifasında səsləndirilən “Şirvan gözəlləməsi” və digər aşıq havalarımız böyük maraqla qarşılanıb və iştirakçıların zövqünü oxşayıb.
Forumda Çeçenistan
Respublikasının mədəniyyət naziri
Baudi Daayevə Abşeron
rayonunda aparılan quruculuq
və abadlıq işlərini özündə əks etdirən
kitablar, rayon sənətkarlarının
əl işi olan xalça hədiyyə edilib.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 15.