“Folklor
paytaxtı” ilində bölgəyə turistlərin
marağı artıb
Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli coğrafi mövqeyi, təbiət gözəllikləri, qədim tarixi abidələri ilə turistlərin diqqətini daim cəlb edir. “Folklor paytaxtı” ilində keçirilən tədbirlər də turistlərin bölgəyə marağının artmasına səbəb olub. Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, 2014-cü ilin doqquz ayı ərzində Balakənə 20 min nəfərə yaxın turist gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min nəfər çoxdur.
Rayon üzrə 12 turizm marşrutu və rekreasiya zonası müəyyənləşdirilib.
Turistlər daha çox
kənd yaşıl, dağ,
atçılıq, ovçuluq turizm növlərinə maraq
göstərirlər. Heydər Əliyev adına mədəniyyət
və istirahət parkı da turistlərin
ən çox üz
tutduqları məkanlardandır. Burada
onların əylənməsi üçün
hər cür şərait yaradılıb.
Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 11.