“Folklor
paytaxtı”nda kitab bayramı
“Folklor paytaxtı” ilinin yaddaqalan tədbirlərindən
biri də mayın 20-də Heydər
Əliyev Mərkəzinin həyətində keçirilən
7-ci kitab bayramı olub.
Tədbirdə rayonda ən
zəngin kitabxanası olan Fuad
Səlimova, ən qədim kitab növlərinin
kolleksiyası ilə məşğul olan
Arif Şabanova, ən
fəal qocaman oxucu Səadət
Xəlilovaya və Azad Jurnalistlər Birliyinin üzvü Zümrüd Dibirovaya rayon İcra Hakimiyyəti
tərəfindən hədiyyə təqdim olunub.
Həmçinin tanınmış balakənli şair
Xutra Ramazanın yeni
kitabının təqdimatı keçirilib.
Şagirdlər şairin şeirlərini
söyləyiblər. Oynaq mahnılar,
şən rəqslərlə yekunlaşan
tədbir hər kəsə xoş təəssürat
bəxş edib.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 10.