Adət-ənənələrimizə
hörmət və məhəbbət
Azərbaycan Xalça Muzeyinin əməkdaşı Nərminə Babayevanın “Azərbaycan xalçası” kitabı işıq üzü görüb. Müəllif maraqlı faktlara toxunur, qədim xalça sənətimiz haqqında ətraflı məlumatlar verir.
Kitabda
xalçaçılığın ilkin
növləri olan həsir, buriya, çətən, xovsuz
və xovlu xalçalar,
onların tarixi və məktəblərindən
bəhs edilir. Xalça
Muzeyində “Uşaq muzeyi”nin fəaliyyəti də kitabda
geniş işıqlandırılır. Nəşrdə Xalça Muzeyinin direktoru, xalça sənətinə dair
60-dan çox elmi əsərin,
layihənin müəllifi, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın fəaliyyəti və
Azərbaycan mədəniyyətinin inkişafında gördüyü işlər də əksini
tapıb.
Mədəniyyət.- 2015.- 9
yanvar.- S. 6.