Tarix-diyarşünaslıq
muzeyinin ekspozisiyası zənginləşir
Ağsu Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası yeni-yeni tapıntılar hesabına getdikcə zənginləşir. Muzeydə 6200-ə yaxın eksponat var. Eksponatlar muzeydə yaradılan 4 şöbədə nümayiş etdirilir. XVIII əsr Ağsu şəhərinin qalıqlarında 2010-cu ildən aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində tapılan bir sıra maddi mədəniyyət nümunələrinin muzeyə verilməsi orta əsr şöbəsinin ekspozisiyasını xeyli zənginləşdirib. Tarix-diyarşünaslıq muzeyi müasir tarixə, o cümlədən müstəqillikdən sonrakı dövrə aid məlumatlarla da zəngindir.
Ekspozisiyanın zənginləşməsinin nəticəsidir
ki, muzeyi ziyarət edənlərin
sayı ildən-ilə artır. 2014-cü ildə muzeyi 8254 nəfər ziyarət edib. Bu, əvvəlki ildəkindən
1115 nəfər çoxdur. Xüsusilə
məktəblilər, yeniyetmə və gənclər Azərbaycan,
onun bir guşəsi olan Ağsu rayonunun qədim tarixini əks
etdirən eksponatlara böyük
maraq göstərirlər. Son
vaxtlar şəhər məktəblərinin
tarix dərslərinin muzeydə
keçirilməsi də ənənəyə çevrilib.
Mədəniyyət.- 2015.- 9
dekabr.- S. 4.