Qəbələ rayonunun Nic qəsəbəsində
Milad bayramı
Qəbələ rayonunun Nic qəsəbəsinin
sakinləri olan udinlər hər il olduğu
kimi, bu il də Milad
bayramını təntənə
ilə qeyd ediblər. Udinlər yanvarın 7-də qəsəbədəki “Cotari”
alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşıblar.
Tədbirdə alban-udin icmasının
rəhbəri, kilsənin
keşişi və icmanın üzvləri çıxış edərək
Milad bayramının mahiyyətindən, tolerantlıq
diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan
şəraitdən, dövlətimizin
onlara olan diqqət və qayğısından danışıblar.
Bayram münasibətilə təbriklər
səsləndirilib.
Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin
əsaslı şəkildə
bərpasının ölkədə
hökm sürən tolerantlıq mühitinə
gözəl nümunə
olduğunu qeyd ediblər. Məlumat verilib ki, dünya xristianları mənsub olduqları məzhəblərdən asılı
olaraq, Milad bayramını müxtəlif
günlərdə (dekabrın
25-dən yanvarın 7-dək) keçirirlər. Çıxışlardan
sonra kilsədə şamlar
yandırılıb, dualar oxunub.
Mədəniyyət.- 2015.- 9
yanvar.- S. 4.