Davamlılığa çevrilən güc

 

Amerika jurnalının xüsusi buraxılışında Azərbaycanın müasir inkişafı, zəngin

tarixi-mədəni irsiturizmin inkişafı üçün imkanlarından bəhs edilir

 

ABŞ-ın “Foreign Affairs” jurnalının yanvar-fevral buraxılışı Azərbaycana həsr olunub. Xüsusi buraxılışAzərbaycan 2020-ci ildə: davamlılığa çevrilən gücadlanır.

 

Jurnalda Azərbaycanın siyasi-iqtisadi inkişafı, enerji strategiyası, ölkəmizin təşəbbüsü iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturu, informasiya-kommunikasiya texnologiyaları qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, turizm potensialı, ictimai xidmətlər sahəsində tətbiq olunan innovasiyalar, Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında ətraflı məlumat verilir.

Qeyd edilir ki, son 10 ildə Azərbaycan iqtisadi baxımdan dünyada sürətlə inkişaf edən ölkələrdəndir. İqtisadi şaxələndirmə proqramı ölkədə investisiya yatırımı üçün əlavə imkanlar yaradır.

Qeyri-neft sektorunun inkişafından da söhbət açılan xüsusi buraxılışda bu sahədə nailiyyətlərdən bəhs olunur. Qeyd edilir ki, “Azərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasının əsasını iqtisadi şaxələndirmə təşkil edir.

Xüsusi buraxılışda bu il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi diqqətə çatdırılır. Vurğulanır ki, Avropa üçün yeni formatlı bu böyük idman tədbirinə hazırlıqlar yüksək səviyyədə gedir. Bu yarışlar Azərbaycanı bütün dünyaya daha yaxından tanıtmaqla yanaşı, “Bakı 2015”i gələcək Avropa Oyunları üçün standarta çevirəcək. Jurnal Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyini diqqətə çatdırır. Həmçinin Azərbaycanın əvvəllər bir çox mədəniyyət idman tədbirlərinə uğurla ev sahibliyi etdiyi, ölkəmizdə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi barədə məlumat verilir.

Nəşrdə bildirilir ki, Azərbaycanın iqtisadi uğurlarının digər səbəbi investorları ölkəyə dəvət edən açıq qapı siyasətidir. Azərbaycanda digər sahələrdə, xüsusilə kənd təsərrüfatı, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, logistika, nəqliyyat, turizm sahələrində əlverişli imkanlar mövcuddur.

Azərbaycanda ictimai xidmətlərin modernləşdirilməsi istiqamətində geniş islahatlar aparıldığını qeyd edən jurnal “ASAN xidmət”i xüsusi vurğulayır. Bildirilir ki, “Elektron hökumət”in inkişafına kömək edən “ASAN xidmət”ə gün ərzində minlərlə vətəndaş müraciət edir.

“Foreign Affairs” qeyd edir ki, Azərbaycanın qədim tarixə zəngin mədəni irsə, nadir təbiətə malik olması, 11 iqlim qurşağından 9-nun ölkədə müşahidə olunması onu turizm üçün ideal məkana çevirir. Azərbaycanda müasir turizm infrastrukturu yaradılıb turistlərin sayı ildən-ilə artır. Bakıda “Four Seasons”, “Marriott”, “Kempinski”, “Hilton”, “Fairmont” “Jumeirahkimi brend hotellər fəaliyyət göstərir. Turizm sahəsinə qoyulan investisiyalar Azərbaycanda bu sahənin parlaq gələcəyindən xəbər verir. Bu il keçiriləcək birinci Avropa Oyunları da ölkəyə turist axınının sürətlənməsində önəmli rol oynayacaq.

 

Mədəniyyət.- 2015.- 9 yanvar.- S. 3.