Tarix Muzeyinə yeni arxeoloji tapıntılar daxil olub

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna 73 yeni arxeoloji tapıntı daxil olub. Tapıntılar 2013-2014-cü illərdə akademiyanın ArxeologiyaEtnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası tərəfindən Ağdam rayonunun Xındırıstan və Ayaq Qərvənd kəndləri yaxınlığındakı İsmayılbəytəpə və Fərmantəpə abidələrində aparılmış qazıntılar zamanı aşkarlanıb. Eramızdan əvvəl V-IV minilliklərə aid edilən arxeoloji materiallar saxsı təsərrüfat küpləri, badya, gil sapand daşları və kərpiclərdən ibarətdir.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 14.