“MİRAS” İctimai Birliyi beş yaşını qeyd
edib
Yanvarın 10-da “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yaranmasının beş illiyinə həsr olunan tədbir keçirilib. Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli qurumun həyata keçirdiyi layihələrdən, görüləcək işlərdən danışıb.
Qeyd olunub ki, qurum bir sıra uğurlu layihələr, o cümlədən Azərbaycanın mədəni həyatında, xüsusən də elm aləmində ciddi rezonans doğuran orta əsr Ağsu şəhərinin arxeoloji tədqiqi və konservasiyası layihəsini həyata keçirib. Həmin layihənin əsas məqsədi Azərbaycanın turizm marşrutundan kənarda qalmış bu bölgəsinə ölkəmizin və dünyanın turistlərinin diqqətini cəlb etmək idi.
Sonra birliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
AMEA-nın müxbir
üzvü Vəli Əliyev, Ağsu arxeoloji
ekspedisiyasının rəhbəri, tarix
elmləri doktoru Qafar
Cəbiyev və başqaları “Miras” Mədəni
İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyinin beşillik fəaliyyətini yüksək qiymətləndirib,
kollektivi yubiley
münasibətilə təbrik ediblər.
Mədəniyyət.- 2015.- 14
yanvar.- S. 14.