Mingəçevir turizm məkanı
kimi inkişaf edir
Ölkəmizin turizm perspektivli bölgələrindən
biri də Mingəçevirdir. Bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.
Şəhərin turizm sahəsində
inkişaf planı və turist xəritəsi hazırlanıb.
Hazırda Kür çayının
sağ sahilində səkkizmərtəbəli, beşulduzlu
hotel binası tikilir. Yaxın gələcəkdə
Kür çayının
sol sahilindəki park yenidən
qurulacaq, Mingəçevir
su anbarının sahilində müasir sağlamlıq-istirahət kompleksinin
inşasına başlanılacaq.
Bütün bunlar şəhərə
daha çox turistin gəlməsini, turizm şirkətlərinin
fəallığının artmasını təmin edəcək.
Mingəçevir Turizm Kolleci də həm bölgədə, həm də ümumilikdə respublikada bu sahə üzrə kadr çatışmazlığının
aradan qaldırılmasına
töhfə verir. 2006-cı ildə yaradılan bu orta ixtisas
təhsili müəssisəsində
hazırda 2 mindən çox tələbə təhsil alır. Kollecdə
10-dan çox ixtisas üzrə tədris aparılır.
Kür çayının
sağ və sol sahilində yerləşən
Mingəçevir ilin
bütün fəsillərində
turizm üçün
çox əlverişli
məkandır. Burada su idman növləri
ilə ilboyu məşğul olmaq imkanı var. Yay mövsümündə fəaliyyətə
başlayan şirin sulu çimərlik
şəhər əhalisinin
və buraya dincəlməyə gələn
turistlərin sevimli istirahət yeridir. Onu da qeyd edək
ki, “Bakı-2015” Avropa
Oyunları çərçivəsində
avarçəkmə idman
növü yarışlarının
Mingəçevirdə keçirilməsi
nəzərdə tutulub.
Hazırda şəhərdə yarışlara böyük
hazırlıq işləri
görülür.
Şəhərdə turistləri cəlb edən məkanlardan biri də Mingəçevir
Tarix Muzeyidir. Muzeyin direktoru
Nofər Məmmədəliyevin
bildirdiyinə görə,
burada 15 minə yaxın eksponat - eneolit dövründən başlayaraq ayrı-ayrı
tarixi mərhələləri
özündə ardıcıl
əks etdirən maddi-mədəniyyət nümunələri
nümayiş etdirilir.
Eyni zamanda muzeydə müasir Mingəçevir,
şəhərdəki bütün
müəssisə və
təşkilatlar haqqında
da məlumat almaq olar.
Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 12.