Qədim Bərdə
türbəsi bərpa olunur
Orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən olan Bərdə türbəsi bərpa edilir. 1322-ci ildə inşa edilən türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar sovet hakimiyyətinin ilk illərində dağıdılaraq yararsız hala salınmışdı. Bundan başqa, 1957-1958-ci illərdə aparılan təmir işləri zamanı tarix və mədəniyyətimizə qənim kəsilmiş erməni millətindən olan layihəçi, mühəndis və bərpaçılar tərəfindən türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilmişdi. Xeyli çəkisi olan beton abidənin milli-tarixi görkəmini dəyişməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olmuşdu. Odur ki, yeddi əsrin yadigarı olan abidənin bərpasına ehtiyac vardı.
Türbənin bərpası Mədəniyyət
və Turizm Nazirliyinin
sifarişi əsasında “Azərbərpa”
Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən
aparılır. Bərpa prosesinə respublikanın
tanınmış bərpaçıları, həmçinin
İranın Ərdəbil şəhərindən dəvət
olunmuş mütəxəssislər cəlb
edilib.
Mədəniyyət.- 2015.- 14
yanvar.- S. 12.