Qəbələdə
yeni turizm obyektləri
Qədim tarixi irsinə və coğrafi şəraitinə görə əlverişli turizm məkanı olan Qəbələdə bu sahənin inkişafı üçün mühüm işlər görülür. Hazırda Qəbələdə “Tufandağ” dağ-xizək kompleksində ikinci mərhələ, stend və ox atıcılığı kompleksində üçüncü mərhələ üzrə tikinti işləri aparılır. Bundan əlavə, akvapark, qolf idmanı və əyləncə mərkəzlərinin, Nohur gölü ətrafında yeni hotellər kompleksinin inşası davam etdirilir. Son bir ildə isə “Qafqaz Karvansaray” hotelinin, “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin inşası da turizmin inkişafına əlavə zəmin yaradıb.
Qəbələ Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Nargilə Qafarova bildirib ki, turizm və nəqliyyat
infrastrukturunun genişləndirilməsi,
20-dək yeni və müasir
istirahət mərkəzinin, hotellərin, sağlamlıq-idman
komplekslərinin inşası nəticəsində bölgəyə
gələn turistlərin sayı xeyli
artıb. 2014-cü ildə rayona 50 mindən çox yerli və xarici
turist gəlib.
Ötən il Qəbələ 30-dan artıq
respublika və beynəlxalq əhəmiyyətli
mədəni-kütləvi tədbirə ev sahibliyi edib. Bu tədbirlər də rayona istirahətə gələnlərin
sayının artmasına
müsbət təsir
edir.
Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 12.