Bir Səməndər ömrü qədər
“Ehh,
Surxayzadə, nə qoyub, nə
axtarırsan. Həə, dünyanın işinə bax, gör, məni nəynən
təbrik eləyirlər: dütdülüynən. Vaxt vardı,
məni böyük-böyük vəzifələrnən,
alovlu çıxışlarnan, fundamental qələbələrnən təbrik
eləyirdilər. İndi dütt...dülü...” deyərkən adamın
“dütdülü”yə yazığı gəlir, onun sənətkar baxışlarında əzilib
ovxarlanmasına heyfsilənirsən. Amma
di gəl, vəzifəsini itirmiş
Şakir Şəkəroviç Şirinova (“Evləri köndələn yar” televiziya
tamaşası), nə hikmətsə, yenə acımırsan.
O, bax belə böyük,
sözün kiçikliyində, “dütdülü”nün
adından hüdudsuzluqda böyük
aktyor idi.
Səhnənin, zəngin boyalı obrazların, sənətin əzəməti, məşhurluğun parıltısının altında əriməyən, əzilməyən böyük insan, sənətkar idi. Mənə görə, o, rollarının hər birində ayrı adam yox, elə Səməndər Rzayev idi. Hər rolunda özü olan aktyor ampluasında həm də təkrarsız idi. O, səhnədə-ekranda görünəndə tamaşaçı bir az özünə düzən verib sanki mühakimə ediləcəkmiş kimi dikəlib səhnə-ekrana diqqət kəsilirdi. Cüssəli, zabitəli, ağırbatman (əslində qrimsiz-filansız həm də çox gənc ikən ağsaqqal görkəmində olmağı necə bacarırdı deyə düşünməmək mümkün deyil) aktyorun oyununa, sənətkar əzəmətinə bir ayrı eşq ilə baxırdı.
Ömrün cəmi 41 ilini yola salmış min ilin pirani qocası, dünyanın qəzavü-qədərinə hali bir qəhrəman idi Səməndər Rzayev. Bu gün ömür dayanacağının 70-ci astanasında olmağına belə inanmağımız gəlməyən, illərdir, dünyasını dəyişsə belə, səsi eyni gurultu ilə qulağımızda cingildəyib qaməti gözlərimizə dolub doyuran aktyor sanki var və burdadır. Uca səslə bizə “Ayə nə təfotu var, əəə bunun? Burdan eşit, burdan da oyna da...” - deyən kolxoz sədri Hidayət müəllimin (“Bəyin oğurlanması” filmi) şaqraq qəhqəhəsində sanki “Nə olsun ki, cismən yoxam, elə demək yoxam?!” kimi incik-ərkyana sual verir və ardınca da gülüşü ilə bizi silkələyib oyadır...
Bu da belə bir
ömürdü...
Hərə bir ömür, yaxşı-pis bir tale yaşayır. O da uzun olmayan bir
ömür yaşadı.
Bu yol ağrılı
dönəmdən başladı.
Gələcəyin aktyoru
dünyaya gələndə
(2 yanvar 1945-ci il) Böyük Vətən müharibəsi
gedirdi. Bütün müharibə uşaqları
kimi yoxsulluq, maddi və mənəvi
məhrumiyyətlər onun
da taleyinə naxış vurdu.
Buna baxmayaraq, o, daxili
potensial və özünəinamından əl
çəkməyərək, qətiyyəti, gələcəyə
inamı sayəsində
özünü təsdiq
edə bildi. Uşaq utancaqlığını
bir kənara qoyaraq kiçik səhnələrə çıxaraq
bəlağətli səsi,
şux görkəmi,
iti nəzərləri
ilə ətrafına
ilk tamaşaçılarını toplamağa başladı.
Təsadüfi deyil ki, oxuduğu məktəbdə
“aktyor” ləqəbi də qoymuşdular ona. Bu addan
xüsusi həvəslənən
Səməndər Rzayev
orta məktəbi bitirib o vaxtkı Azərbaycan Dövlət İncəsənət İnstitutunun
(indiki ADMİU) aktyorluq
fakültəsinə qəbul
olunur. Gələcəyin aktyorundan imtahan
götürən görkəmli
sənətkar Rza Təhmasib kursuna yığdığı uşaqlar
arasında onun adını qırmızı
haşiyəyə alaraq
xüsusi nəzarətə
götürür.
İlk vaxtlardan
Səməndər Rzayevin
qeyri-adi istedad və səhnə cazibəsinə heyran olan böyük sənətkar və pedaqoq onun mükəmməl
aktyor kimi yetişməsi üçün
əlindən gələni
edir. Hətta ilk vaxtlar ona
filmə çəkilməyə,
teatrda işləməyə
icazə vermir və bunu da
“hələ püxtələş,
tez məşhurlaşıb
məhv olarsan” kimi qayğıkeşliyi ilə izah edir.
Müəlliminin bu məsləhətinə
əməl edən Səməndər Rzayev institutu bitirəndən sonra Sumqayıt teatrına təyinat alır. Amma bu teatrda da uzun müddət
çalışmır. Potensialı və səhnə ustalığı onu ana teatra səsləyir.
Ömrünün, yaradıcılığının
ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirir, böyük alqışı,
tamaşaçı rəğbətini
bu teatrın səhnəsində qazanır.
Bir-birindən fərqli obrazlar
qısa zamanda onu tamaşaçıların
sevimli aktyoruna çevirir. Artıq afişada
onun adını oxuyan insanlar səhnədə sənət
hadisəsinin olacağına
əminlik içində
yeni səhnə əsərini görməyə
tələsirdilər. Obrazının miqyas və
dərəcəsindən asılı
olmayaraq, o, özünəməxsus
ifa ecazkarlığı
ilə mütləq bir özəllik tapa, özündən obraza əlavə xallar vuraraq onu Səməndər oyunu ladına salırdı.
Akademik Milli Dram Teatrının səhnəsində bu minval və sənətkar özəllikləri
ilə milli və dünya klassiklərdən Hüseyn
Cavidin “Xəyyam” (Xacə Nazim), “Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin), Mirzə Fətəli Axundzadənin
“Müsyö Jordan və
dərviş Məstəli
şah” (Hatəmxan ağa), Səməd Vurğunun “Vaqif” (Vaqif), “İnsan” (Valentin), Cəlil Məmmədquluzadənin “Dəli
yığıncağı” (Fazil Küleyni), Cəfər Cabbarlının
“Aydın” (Balaxan) pyeslərinin tamaşalarında
müxtəlif xarakterli
rollarda çıxış
edərək özünün
aktyor potensialını
göstərə bilir.
Onun xüsusi ecazkarlıqla ifa etdiyi "Həyatın dibində" (M.Qorki),
"Hamlet" (U.Şekspir), "Cehizsiz qız" (A.Ostrovski) və s. tamaşalardakı bir-birindən
fərqli obrazlar ilə aktyorun amplua anlayışlarını
darmadağın edərək
istənilən ədəbi
qəhrəmanın daxili
aləminə nüfuz
edərək onu yüksək sənət estetikasında nümayişinə
nail olur. Onu xarakterizə edən
müasirləri “Səməndər
Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı.
Rejissorları da bu "ixtiralar"ın sərfəli
olduğuna inandıra
bilirdi” kimi analizlər, ümumi bənzətmələr verməklə
aktyorun peşəkarlığı
və sənət bilgisini göstərməyə
çalışırlar.
Tanınmış teatrşünas, sənətşünaslıq
doktoru, professor İlham
Rəhimli "Səhnəmizin
fədailəri" adlı
kitabında ölməz
sənətkarı xarakterizə
edərək yazır:
“Səhnədə baş
verə biləcək
hər hansı gözlənilməz hadisə
anında yüksək
peşəkarlıqla improvizə
edirdi. Xırda bir detaldan, adi bir deyim
tərzindən yüksək,
koloritli xarakter yaratmaq səviyyəsində
bəhrələnirdi. Son dərəcə yüksək
və əlvan çeşidli səhnə
texnikası vardı...”
Səsinin sehri ilə
Səməndər Rzayevin yaradıcılıq
yolu çoxşaxəlidir. Onun sənət
tərcümeyi-halında teatr
da var, kino
da, radio da, televiziya da. Qiraət ustası kimi televiziyada, əsasən isə radioda çoxlu lent yazıları qalıb. O,
özgələşmə prinsipini səhnədə
böyük məharətlə
həyata keçirən
aktyor idi.
O, kinoda dublyaj sənətinin korifeylərindəndir.
Təsadüfi deyil ki, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə
filmlərə səsini
yazdıran aktyor beləcə səsləndirdiyi
obrazlarda da bir sənət, sənətkar izi qoya bildi. Bundan başqa, o, radionun “Bulaq” verilişinin aparıcısı kimi də ürəklərə
bulaq kimi axmağı, səsin, bədii fikrin, ədəbi nümunənin
söz incisi qüdrətində təqdimatına
nail oldu. Məhz onun
səsi ilə lentə alınan verilişlər bu gün də radionun qızıl fondunda qorunaraq gələcək nəsillərə
ərməğan kimi
saxlanılır.
Kinomuzun
Səməndərli kadrları
Milli kinomuzun
nadir nümunələrində də onun adı
var. İlk olaraq epizodik rollarla kinoya gələn aktyor kəşf olunmasını elə də çox gözləmir. Qısa zamanda kinoda
da öz sözünü deyir.
Doğrudur, onun aktyorluq
potensialında kinomuzda
yetərincə istifadə
olunmasa da, bir sıra yaddaqalan
obrazları - Səməndərli
anları kino tariximizə köçürməklə
onu daha da zənginləşdirə
bilib.
Kinoda ilk böyük
obrazı olan "Nəsimi" filmindəki
Şirvanşah İbrahim
aktyorun ifasında inandırıcı və
səmimi alınır. O, tarixi
şəxsiyyətin “mən”ini,
bütün xarakterik cizgilərini özündən
keçirərək ona
bir qəhrəman baxışı, əsl böyük vətənsevər
görkəmi verməyi
bacarmışdı. Ümumən milli koloriti, Azərbaycan kişisinin xarakterik xüsusiyyətlərini
yaratdığı fərqli
obrazlarda ustalıqla
hiss etdirən, özünəməxsus
ştrixlərin köməyi
ilə bu nüansı vurğulamağı
ustalıqla bacaran aktyor bütün yaradıcılığı boyu
bu ənənəsinə
sadiq qaldı.
Ona görə
də Səməndər
Rzayevin qəhrəmanları,
həqiqətən, səmimi,
ətrafındakılara diqqətli
olan insanlardır. Bəlkə də
bu onun öz
xarakterindən doğan
cəhət idi.
Axı aktyorun öz daxili "mən"ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır.
Məhz onun sənətkar səadətinin də mərkəzində bu məqam dururdu.
Bir də bizdən biri, yəni ətrafımızdakı
tipajlardan ortaq xüsusiyyətləri toplamaqla
o, sadə insanı qəhrəmana çevirərək
ekrandan sevdirə bilirdi. Bu mənada "Bəyin
oğurlanması", "Babamızın babasının
babası", "Bağ
mövsümü" kimi
filmlərdəki fərqli
insan xarakterlərinə
usta yanaşma ilə yaddaqalan obraz yaratmaq bacarığı bizi valeh edir.
Aktyorun televiziya
tamaşalarındakı obrazları
isə onu xüsusilə geniş tamaşaçı kütləsinə
sevdirməklə yanaşı,
koloritli obrazlar qalereyasının daha da zənginləşməsinə
zəmin yaratdı.
Soyuq səhnədə hərarətli
son
O, təklif olunan rolların böyük-kiçikliyinə
baxmayaraq, səhnədə,
ekranda görünməkdən
doymayan aktyor vücudunun vəfasızlığına
axıradək tab gətirib
tamaşaçı zalında
onu səbirsizliklə
gözləyən pərəstişkarlarını
son nəfəsinəcən tək buraxmadı. Doymadığı alqış sədalarının
gurultusunda əbədi
səadətinə bir
addım da yaxınlaşdığını unudaraq elə hey onlara doğru tələsdi.
Artıq yeriyəndə yer silkələnən, danışanda gözləri lərzəyə salan Səməndər Rzayev zəifləyib taqətdən düşsə də, səhnədən, sevimli tamaşaçılarından qopa bilmədi. Dram Teatrının səhnəsində “Közərən ocaqlar” tamaşasında oynamaq üçün birbaşa xəstəxanadan səhnəyə gəlib közərən gözlərindəki sevgi qığılcımları ilə zəifləmiş vücudunu toplayıb soyuq səhnədə hərarətli nəfəsiylə son sözünü dedi və əbədi yolçuluğuna doğru yol aldı. Həm də geridə buraxdığı böyük sənətkar izi ilə...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 14
yanvar.- S. 11.