Bakı
dünyanın ən görməli şəhərləri
sırasında
ABŞ-ın «The New York
Times» qəzetinin hazırladığı
2015-ci il üzrə dünyanın ən
görməli 52 məkanı siyahısına Azərbaycanın
paytaxtı da daxil edilib. Siyahıda dünyanın müxtəlif
mədəniyyətlərini təmsil edən ölkələrin
(Kuba, Makedoniya, Zimbabve, İtaliya və s.) şəhərləri yer
alıb. Qəzetdə dərc olunan
siyahıdakı bütün məkanlar
haqqında məlumat verilir.
Bakı haqqında məlumatlarda bildirilir ki, qədim tarixi və Dubay stilli görünüşü bu şəhəri turist xəritəsində özünəməxsus istiqamət kimi bərqərar edib. XX əsrin sonunda başlanan ikinci neft bumu Xəzər sahilində yerləşən bu əzəmətli şəhərə böyük zənginlik və yeni imkanlar bəxş edib: «Son dövrlərdə Azərbaycan hökuməti neftdən gələn gəliri möhtəşəm tikinti layihələrinə yönəldir. Maraq kəsb edən layihələrə misal kimi, xarici görünüşü ilə alov dillərini xatırladan, 190 metr hündürlükdə olan və bir binası “Fairmont” hoteli olan “Alov Qüllələri” kompleksini və layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanmış Heydər Əliyev Mərkəzinin dalğavarı ağ binasını göstərmək mümkündür. Şəhərdə «Four Seasons», «Hilton Baku» və «Kempinski Badamdar» kimi beynəlxalq nüfuza malik hotellər fəaliyyət göstərir. Bununla yanaşı, iyun ayında ölkədə keçiriləcək “Bakı-2015” Avropa Oyunları ilə açılışı təxminən eyni vaxta təsadüf edəcək 33 mərtəbəli və yelkən formasında inşa edilən «Trump International Hotel & Baku Tower»in binası da bu möhtəşəm tikililər siyahısına əlavə olunacaq».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 14
yanvar.- S. 9.