Avstriya səfiri Turizm və Menecment Universitetində qonaq olub
Yanvarın 12-də Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov
Azərbaycanda fəaliyyətə
başlayan Avstriyanın
yeni səfiri Axel Vexlə görüşüb.
Rektor diplomatı
fəaliyyətə başlaması
münasibətilə təbrik
edərək ona uğurlar arzulayıb. Qonağa
ali təhsil
ocağının tarixi,
xarici əlaqələri,
gələcək hədəfləri
barədə ətraflı
məlumat verilib, universitetin əsas tərəfdaşı - İMC Krems Tətbiqi Elmlər Universiteti ilə həyata keçirilən müştərək
proqramın üstünlüklərindən
danışılıb. Azərbaycan və
Avstriya arasında əlaqələrin dinamik
inkişafını şərtləndirən
başlıca istiqamətlər,
iki ölkədə turizmin müasir vəziyyəti və gələcək ikitərəfli
əməkdaşlıq məsələlərinə
dair fikir mübadiləsi aparılıb.
Fəxriyyə
Mədəniyyət.- 2015.- 14
yanvar.- S. 8.