Alim Qasımovun Tehranda
möhtəşəm konserti
Azərbaycanın Xalq artisti Alim Qasımov Tehranda “Vəhdət” sarayında geniş konsert proqramı ilə çıxış edib. Xanəndə konsertdə qızı, Əməkdar artist Fərqanə Qasımova ilə səhnəyə çıxıb.
Konsertdə Alim Qasımovu Tehran Simfonik Orkestri müşayiət edib. Dünya şöhrətli ifaçının səsləndirdiyi xalq və bəstəkar mahnıları böyük alqışlarla qarşılanıb.
Xanəndənin mətbuat katibi Səadət Möhübovanın bildirdiyinə görə, nəzərdə tutulmuş iki konsertdən sonra böyük tamaşaçı istəyi nəzərə alınaraq üçüncü konsertin də keçirilməsinə qərar verilib. Bu səbəbdən yanvarın 13-də Alim Qasımov yenidən Tehranda musiqisevərlərin qarşısına çıxıb.
Qeyd edək ki,
Alim Qasımov ötən ilin
mayında Tehranın “Milad” sarayında konsert vermişdi.
Mədəniyyət.- 2015.- 14
yanvar.- S. 5.