Məhbəsdə xalça sənəti

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mövcud imkanlar hesabına istehsal edilən məhsulların çeşidləri artırılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, 11 saylı cəzaçəkmə müəssisəsində xalça toxumaq üçün xüsusi dəzgahlar - hanalar istehsal edilir. Hanalar Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsindəki xalça sexində istifadə olunur.

Xalçaçılıq Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində artıq ənənəvi peşə sahəsinə çevrilib. Cəzaçəkmə müəssisəsində Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan xalçaçılıq məktəblərinə xas xalçalar toxunur. Müəssisə “Azər-İlmə” MMC ilə də sıx əməkdaşlıq edir.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 4.