“Bakı-2015”in ulduz elçilərinin
təqdimatı
Yanvarın 13-də
Beynəlxalq Muğam Mərkəzində
“Bakı-2015” ilk Avropa
Oyunlarının ulduz elçilərinin təqdimetmə
mərasimi keçirilib.
Tədbirdə “Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və digər çıxış edənlər Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildiriblər. Oyunların açılış mərasiminə 150 gün qaldığı vurğulanıb.
Qeyd edilib ki, ulduz elçilər “Bakı-2015”in obyektlərinə baş çəkəcək, gerisayım tədbirlərində iştirak edəcək, kampaniyaları dəstəkləmək və özlərinin sosial media kanallarından istifadə etməklə pərəstişkarları arasında Avropa Oyunlarının təbliğinə kömək göstərəcəklər.
Sonra ulduz elçilərə döş nişanları təqdim olunub və onlar təmsil edəcəkləri idman növlərinin adlarını zərflərdən seçiblər. Sonda xatirə şəkli çəkdirilib.
“Bakı-2015”in ulduz elçiləri sırasında Rafael İsgəndərov və Coşqun Rəhimov (stolüstü tennis), Röya Ayxan (avarçəkmə), Bəhram Bağırzadə (çimərlik futbolu), Tünzalə Ağayeva (atıcılıq), Eldar Qasımov və Nigar Camal (hər ikisi badminton), “Dj Shock” (atletika), Miri Yusif (basketbol), Murad Dadaşov (su idman növləri), İlkin Həsəni (velosiped idmanı), Cabir və Tahir İmanovlar (voleybol) yer alıblar.
“Bakı-2015” Avropa
Oyunlarının idman elçiləri
siyahısında Suğra Müqabilzadə
(oxatma), Nazim Babayev (atletika), Amil Həmzəyev (basketbol
3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina
Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol),
Rövşən Bayramov və Mariya Stadnik (güləş) təmsil olunurlar.
Mədəniyyət.- 2015.- 14
yanvar.- S. 2.