“Tufandağ”
kompleksində xizək mövsümü
Qəbələ
rayonundakı “Tufandağ” turizm
kompleksində yeni xizək mövsümünün
açılışı olub. Kompleksin marketinq
şöbəsinin rəhbəri Ruslan Rəhimov
bildirib ki, obyektin tikintisində işlərin birinci mərhələsi başa
çatdırılıb və hazırda ikinci
mərhələ üzrə inşaat işləri
görülür.
Ötən ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttindən 3-də və 10 xizək yolundan 5-də tikinti işləri tamamlanıb. Turistlərin istirahətinin təşkili üçün restoranlar açılıb, bütün dağ-xizək yolları süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb.
Ruslan Rəhimovun sözlərinə görə, “Tufandağ” kompleksinin xidmətlərindən ötən bir il ərzində 137 mindən çox yerli və xarici qonaq bəhrələnib. Yanvarın əvvəlində kompleksdə yeni xizək mövsümünə start verilib. Son günlər Qəbələyə yağan qar kompleksin dağ-xizək yolunda qalın və keyfiyyətli qar örtüyü yaradıb. Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, eləcə də xarici ölkələrdən xizək həvəskarları Qəbələyə gəlirlər.
Marketinq şöbəsinin
rəhbəri müxtəlif turizm şirkətləri
tərəfindən “Tufandağ” kompleksinə
xizəkçiliklə əlaqədar xüsusi
turların təşkil edildiyini də bildirib. Turistlər əvvəlcə kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ
şəhərini, Duruca kəndini və ətrafdakı
çayları, meşələri, gözəl mənzərəni
seyr edir, xatirə
şəkli çəkdirirlər. Bir nəfər
üçün 10 manat
pul ödəməklə kompleksin
3 kanat yolu ilə dağlarda 5 kilometr məsafə
qət edə bilirlər. Xizəkdən istifadə etmək üçün isə yarım gün üzrə ödəniş 20
manatdır.
Mədəniyyət.- 2015.- 16
yanvar.- S. 12.