Gənc
yazıçının pyesi Təbrizdə
kukla teatrında səhnəyə qoyulub
Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı “Toplan” pyesi Təbrizin tanınan “Mika” kukla-sənət qrupu teatrında səhnəyə qoyulub. Bu barədə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən məlumat verilib.
2003-cü ildən müstəqil şəkildə fəaliyyətini davam etdirən və əsas məqsədi Azərbaycan kukla teatr sənətini Təbrizdə yaşatmaq olan “Mika” teatrı rejissor Əli Bernonun rəhbərliyi ilə bu günədək bir sıra ölkələrdə beynəlxalq festivallarda da iştirak edib. Klassik teatr ənənələrini müasir çalarlarla zənginləşdirməyi, azərbaycanlı müəllifləri tanıdıb sevdirməyi hədəfləyən sənət ocağı bu dəfə gənc yazıçının bədii nümunəsini səhnələşdirməyi qərara alıb. Səidə Haqverdiyevanın pyesinin ana xəttini təşkil edən sədaqət, dostluq, dürüstlük, səmimiyyət və qarşılıqlı inam kimi dəyərlər təşkil edir.
Rejissor tamaşanın
yanvarın 21-də balaca teatrsevərlərin
ixtiyarına veriləcəyini deyib. “Toplan” fevralın 9-dək Təbrizin müxtəlif
sənət məkanlarında nümayiş
olunacaq. Tamaşada
teatrın əsas səhnə ustalarından Hesam
Maqsudi, Cəlil Şahnazi,
Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları rol
alıb. Səhnə əsərinin il ərzində
Bakıda da nümayişi
nəzərdə tutulur.
Mədəniyyət.- 2015.- 16
yanvar.- S. 11.