İki ölkə arasında mədəni
əlaqələr yüksək qiymətləndirilib
Yanvarın 15-də Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov da Bakıdakı Misir Mədəniyyət Mərkəzində olub.
Mərkəzin müdiri Ahmed Sami Elaydi qurumun yaranma tarixindən, fəaliyyətindən, Misir ilə Azərbaycan arasındakı tarixi dostluq münasibətlərindən, mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan söz açıb.
Professor Nizami
Cəfərov ölkələrimiz arasında mədəni əlaqələrin
gələcəkdə daha da genişləndirilməsinin vacibliyini
vurğulayıb. İki ölkə
arasında birgə tədbirlərin keçirilməsi barədə
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2015.- 16
yanvar.- S. 4.