“Həyatın gözünün içinə bax!”
Yanvarın 15-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Müseyib Əmirovun “Bax” adlı incəsənət layihəsi çərçivəsində fərdi sərgisi açılıb.
Açılış mərasimində Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov və digər çıxış edənlər rəssamın yaradıcılığından danışıblar. Bildirilib ki, Müseyib Əmirovun “Həyatın gözünün içinə bax!” vizual çağırışı onun yaradıcılığının tamamilə yeni mərhələsində yaranmış və dünyada baş verən distruktiv proseslərə münasibətdə hökm sürən laqeydliyə qarşı tənqidi baxışıdır. Rəssam tablolarında müasir dövrün düşüncə tərzini qrotesk formasında, rəsm əsərlərini dolduran, stilizə edilmiş obrazlar şəklində sənədləşdirir.
Təsvir edilən insanlar onlara qərib olan cəmiyyətdən
qurtulmağa can
atırlar. Ancaq paradoksal
haldır ki, insanları getdikcə
kölgədə qoyan sənayenin və
yüksək texnologiyaların yaradıcıları da elə onların özləridir. Deməli,
yaradıcı insan öz
əməyinin bəhrəsindən asılı vəziyyətə
düşür. Sərgidə rəssamın
13 rəngkarlıq və 20-dək qrafik əsəri
nümayiş olunur. Sərgi
fevralın 10-dək davam edəcək.
Mədəniyyət.- 2015.- 16
yanvar.- S. 2.