Qara Yanvar ədəbiyyatımızda
Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyində (AYB) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə giriş sözü söyləyən AYB-nin sədri, Xalq yazıçısı Anar 20 Yanvar hadisələrini xalqımızın tarixində, taleyində ən faciəli günlərdən biri kimi xatırlayıb. O faciəli günlərdə şair və yazıçıların haqq səsimizi dünyaya çatdırmağa çalışdıqları bildirilib.
AYB-nin birinci katibi,
Xalq şairi Fikrət
Qoca, sədr müavini
Nazim İbrahimov, Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin
rəhbəri Səlim Babullaoğlu, “Azərbaycan”
jurnalının poeziya bölməsinin rəhbəri
Qəşəm Nəcəfzafə, şair
Oqtay Rza
xalqımızın mərd
övladları ilə daim qürur
duyduqlarını, 20 Yanvar faciəsinin gənclərin
yaddaşında həmişə qalacağını söyləyiblər.
İyirmi beş il əvvəl baş vermiş hadisənin şair
və yazıçılarımızın əsərlərində
bədii boyalarla əks etdirildiyi
vurğulanıb. Şairlər şəhidlərə ithaf etdikləri şeirlərini oxuyublar.
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 13.