Azadlığa
gedən yol
Lerik rayon
Mərkəzi kitabxanasında 20 Yanvar faciəsinin
25-ci ildönümünə həsr olunmuş
tədbir keçirilib. MKS-nin
direktoru T.Feyziyev
çıxış edərək 1990-cı ilin
yanvar hadisələrini Azərbaycan
xalqının müstəqillik uğrunda
apardığı mübarizəsinin qəhrəmanlıq salnaməsi,
milli azadlığa gedən yol adlandırıb. Rayon Ağsaqqallar
Şurasının sədri H.Vəliməmmədov, YAP-ın Lerik rayon təşkilatının
sədr müavini E.Rəcəbov, Prezident təqaüdçüsü M.Bədəlov,
“Uzunömürlülər muzeyi”nin direktoru D.Fətullayeva
xalqımızın başına gətirilən bu müsibətin qan
yaddaşımızda əbədi yaşayacağını
vurğulayıblar.
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 12.