Mədəni irs, iqtisadi inkişaf, turizm və media
Azərbaycanlı alim və tədqiqatçılar beynəlxalq
konfransda iştirak ediblər
Yanvarın 17-18-də Makedoniyanın Ohrid şəhərində “Mədəni
irs, yerli iqtisadi inkişaf, turizm və media arasında interdisiplinar əlaqələrə baxış”
mövzusunda üçüncü
beynəlxalq konfrans keçirilib. Konfransı Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu, “ESRA” Audiovizual
İncəsənət Universiteti,
“HAEMUS” Elmi Tədqiqatlar
və Mədəniyyətin
İnkişafı Mərkəzi
və Azərbaycanın
“MİRAS” Mədəni İrsin
Öyrənilməsinə Kömək
İctimai Birliyi təşkil edib.
Tədbirin açılışında Makedoniya Sosial Mədəni Antropologiya İnstitutunun direktoru Rubin
Zemon, Ohrid şəhəri merinin müavini Angel Janev,
“MİRAS” İctimai Birliyinin
sədri Fariz Xəlilli, “HAEMUS” Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı
Mərkəzinin sədri
Vasilka Dimitrovska, tarix elmləri doktoru Qafar Cəbiyev
və başqaları
çıxış ediblər.
Makedoniya,
Albaniya, Rusiya, Litva, Bolqarıstan, Polşa və digər ölkələrdən
nümayəndələrin qatıldığı konfransda
Azərbaycanı 15-dək alim
və tədqiqatçı
təmsil edib.
Alimlərimizin “Azərbaycanda tarixi
mədəni irsin mühafizəsi və təbliğində televiziyaların
rolu”, “Mədəni irsin mühafizəsində
muzeylərin rolu və problemləri”, “Azərbaycanın milli muzeyləri”, “İsmayıllının
mədəni irsi və turizm”, “Turizm baxımından tarixi abidələrin təbliği” və digər mövzularda məruzələri dinlənilib.
“MİRAS” İctimai Birliyinin
reallaşdırdığı “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsinin təqdimatı
da maraq doğurub. İştirakçılar
layihənin təcrübəsini öz
ölkələrində davam etdirmək
arzularını bildiriblər.
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 8.