“Şəhidlərin
qürur yerindir, Azərbaycan!”
Yanvarın 19-da Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında uşaq şöbəsinin təşkilatçılığı ilə “Şəhidlərin qürur yerindir, Azərbaycan!” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini E.Yusifov, Tarix-Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzi və Uşaq Yaradıcılıq Mərkəzinin əməkdaşları, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova açaraq 20 Yanvarın tariximizdəki yerindən danışdı. Uşaq şöbəsinin baş kitabxanaçısı T.İsayeva “20 Yanvar - qan yaddaşımız” mövzusunda məruzə etdi. Xidmət şöbəsinin işçisi A.Cəfərovanın “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi”, 2 saylı məktəbin VIII sinif şagirdi G.Tanrıverdiyevanın “O müdhiş gecədə uşaqlara da aman verilmədi” mövzusunda çıxışları dinlənildi. E.Abdullayev adına 2 saylı məktəbin VIII sinif şagirdləri ədəbi-bədii kompozisiya təqdim etdilər.
M.Bəkirova,
Oğuz rayon MKS-nin informasiya və resurs şöbəsinin müdiri
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 7.