Əsarətin son gecəsi
Yanvarın 16-da Şəki şəhər İ.S.Nakam adına Mərkəzi kitabxanada “20 Yanvar - əsarətin son gecəsi” adlı elmi-nəzəri konfrans keçirilib.
Kitabxananın xidmət və abonement şöbəsinin müdiri Məlahət Cabbarova, fəal oxucu, Pedaqoji Kollecin tələbəsi Aysel Sadıqlı Qanlı Yanvarın tarixindən söz açıblar. Fəal oxuculardan Səkinə Məsimli və Sənan Məhərrəmov Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından parçalar, Fidan Teymurova Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirini söyləyib. Gənc həvəskar şairə G.Nurlu “Şəhidlər” şeirini oxuyub.
Sonda oxu
zalının müdiri Yaqut
Sadıqlının “Unutsaq, unudularıq”
başlıqlı məruzəsi dinlənilib.
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 7.