Nəsildən-nəslə
qəhrəmanlıq örnəyi
Yanvarın 14-də
Sumqayıt şəhər Mərkəzi uşaq
kitabxanasında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Vətən
deyən oğullar” adlı tədbir keçirildi.
Milli Qəhrəmanlar Mehdi Abbasov, Şamoy Çobanov, Fəxrəddin Şahbazov və Naiq Yusifovun xatirəsinə həsr edilmiş mərasimdə kitabxananın multimedia mütəxəssisi Leyla Məmmədli bu igid Vətən oğullarının keçdikləri döyüş yolu və göstərdikləri şücaət haqqında danışdı. Sonra tədbir iştirakçıları Naiq Yusifova həsr olunan “Üçüncü qəhrəman” adlı sənədli filmi izlədilər, “Vətən deyən oğullar - Vətən oğulları” adlı kitab sərgisinə baxdılar.
Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında daha bir anım tədbiri yanvarın 15-də 16 və 38 saylı orta məktəblərin şagirdlərinin iştirakı ilə təşkil olunmuşdu. “Nəsildən-nəslə qəhrəmanlıq örnəyi” adlı tədbiri kitabxananın multimedia mütəxəssisi Nəzakət Əliyeva açaraq 1990-cı ilin Qanlı Yanvar günlərini xatırlatdı. 38 saylı orta məktəbin müəllimi Rüstəm Əşrəfov faciənin tarixi kökləri, səbəbləri, acı nəticələri və tarixi mahiyyətindən danışdı.
38 saylı məktəbin 4A sinif şagirdlərinin ifasında təqdim edilən poeziya nümunələri hər kəsi 25 il əvvəlki tarixə apardı. Mərasimdə “19 yanvar və bir gün sonra” adlı sənədli film nümayiş etdirildi.
Nailə
Tağıyeva,
Sumqayıt şəhər
Mərkəzi uşaq kitabxanasının müdiri
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 7.