20 Yanvar xalqımızın mənliyinin sübutudur
Yanvarın 15-də Sabirabad rayon MKS-nin M.Ə.Sabir adına rayon Mərkəzi kitabxanasının oxu zalında 20 Yanvarın ildönümünə həsr edilmiş anım tədbiri təşkil edildi. Tədbiri MKS-nin direktoru Eldar Urufov açaraq bu faciənin Azərbaycan xalqının tarixində sadəcə dərd və kədər ilə xatırlanacaq gün kimi deyil, xalqımızın mərdliyinin, mənliyinin sübutu olduğunu vurğuladı. Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Naibə Bağırova 20 Yanvar hadisələri ilə bağlı məruzə etdi. Sonda MKS-nin direktor müavini Nəzakət Salmanova çıxış edərək hər kəsi 25 il əvvəlki tarixə apardı. Qeyd edildi ki, qəhrəmanlar yetirməyə qabil olan xalq xoşbəxtdir. Allah cəmi şəhidlərə rəhmət eləsin.
S.Səmədova,
Sabirabad rayon Mərkəzi
kitabxanasının əməkdaşı
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 7.