Qəhrəmanlıq
səhifəsi
Qəhrəmanlıq səhifəsi
Yanvarın 16-da Sabunçu rayon MKS-nin Mərkəzi kitabxanasında “20 Yanvar - qəhrəmanlıq səhifəsi”
adlı dəyirmi masa keçirildi.
Tədbirdə çıxış edən MKS-nin direktoru Nəcibə Hüseynova 20 Yanvarın Azərbaycan tarixinin şanlı bir səhifəsi olduğunu bildirdi. Qeyd etdi ki, bu hadisə ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 25 il keçməsinə baxmayaraq, bu gün də Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin qəhrəmanlıq mübarizəsini dərin ehtiramla əziz tutur.
Dəyirmi masada iştirak edən 20 Yanvar Cəmiyyəti Sabunçu rayon təşkilatının sədri Rövşən Abbasov, Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova, Respublika Ağsaqqallar Şurası idarə heyətinin üzvü Nadir Əsədov, 20 Yanvar əlili Qədir Rüstəmov və digərləri hadisələrin Azərbaycan tarixində dərin iz qoyduğunu vurğuladılar. Bu tarixin gənc nəslə təbliğ edilməsinin əhəmiyyəti diqqətə çatdırıldı.
Adil İsgəndərov adına Mədəniyyət sarayının özfəaliyyət kollektivi və kitabxananın fəal oxucularının iştirakı ilə “Şəhid ucalığı” adlı bədii-musiqili kompozisiya təqdim edildi. Kitabxana oxucularının 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Sabunçu rayon MKS-nin filial müdirləri və məktəblilər iştirak edirdilər.
Lalə Azəri Tədbirdə çıxış edən MKS-nin direktoru Nəcibə Hüseynova 20 Yanvarın Azərbaycan tarixinin şanlı bir səhifəsi olduğunu bildirdi. Qeyd etdi ki, bu hadisə ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 25 il keçməsinə baxmayaraq, bu gün də Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin qəhrəmanlıq mübarizəsini dərin ehtiramla əziz tutur.
Dəyirmi masada iştirak edən 20 Yanvar Cəmiyyəti Sabunçu rayon təşkilatının sədri Rövşən Abbasov, Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova, Respublika Ağsaqqallar Şurası idarə heyətinin üzvü Nadir Əsədov, 20 Yanvar əlili Qədir Rüstəmov və digərləri hadisələrin Azərbaycan tarixində dərin iz qoyduğunu vurğuladılar. Bu tarixin gənc nəslə təbliğ edilməsinin əhəmiyyəti diqqətə çatdırıldı.
Adil İsgəndərov adına Mədəniyyət sarayının özfəaliyyət kollektivi və kitabxananın fəal oxucularının iştirakı ilə “Şəhid ucalığı” adlı bədii-musiqili kompozisiya təqdim edildi. Kitabxana oxucularının 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Sabunçu rayon MKS-nin filial müdirləri və məktəblilər iştirak edirdilər.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 6.