Turizm Menecment Universitetində anım tədbiri

 

Yanvarın 19-da Azərbaycan Turizm Menecment Universitetində 20 Yanvarın ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov tədbirdə çıxış edərək Azərbaycanın azadlığı ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələri olan hadisələr barədə danışıb. Həmin gecə Azərbaycan xalqına qarşı həyata keçirilən qətliamın insanlığa qarşı törədilən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıb. Rektor tarixi unutmağa, unutdurmağa mənəvi haqqımızın olmadığını, tarixdən ibrət götürməyi tövsiyə edib.

ATMU-nun kafedra müdiri İbrahim Əliyev, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı başqaları tariximizə qanla yazılan, amma milli kimliyimizi dünyaya sübut edən faciə barədə söz açaraq bir sıra faktları diqqətə çatdırıblar.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 4.