“Faciədən
müstəqilliyə”
Amerika qəzetində Qara Yanvar haqqında məqalə
“The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun 1990-cı ilin yanvar hadisələrindən və ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən bəhs edən “Faciədən müstəqilliyə” sərlövhəli məqaləsi dərc olunub.
Müəllif yazır ki, 1990-cı il yanvarın 20-də sovet rəhbərliyinin Azərbaycan xalqının müstəqillik uğrunda hərəkatını boğmaq cəhdinə və dinc əhali üzərində genişmiqyaslı qətliamına baxmayaraq, bu hadisələr SSRİ-nin dağılmasını sürətləndirdi və Azərbaycanın müstəqilliyini elan etməsinə gətirib çıxardı.
Qeyd olunur ki, 1990-cı ilin yanvar hadisələri Azərbaycanın sosial və siyasi identikliyində əsas elementlərin aydınlaşmasına və möhkəmlənməsinə səbəb oldu. İmperiyanın Azərbaycan üzərində hökmranlığına baxmayaraq, xalq mübarizəni davam etdirdi və qurbanlar bahasına öz ölkəsinin gələcəyi üçün azadıq və müstəqilliyini əldə etdi.
Azadlıq və müstəqillik uğrunda mübarizə aparmış xalq bu dəyərləri
hər zaman qiymətləndirəcək. Bu gün 20 Yanvar şəhidlərinin xatirəsinə əsl
qiymət Azərbaycanın müstəqilliyi, əldə etdiyi uğurlardır.
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 3.