Türkiyədə Xocalı soyqırımına həsr olunmuş sərgi

 

Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada fəaliyyət göstərən Qazi Universiteti ilə birgə reallaşdırdığı “Hər kəs yuxudaykən Anadoludan Qafqazadək erməni zülmü” adlı beynəlxalq afişa müsabiqəsinin nəticələri elan olunub. Səfirlikdən verilən məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimalı Kiprdən olan 12 nəfərlik münsiflər heyəti təqdim olunmuş əsərləri dəyərləndirib. Müsabiqəyə 12 ölkədən 101 nəfərin 148 işi təqdim olunub.

Birinci yeri “Hamı yatarkən” tablosunun müəllifi Rəcəb İsmayılov, ikinci yeriUnudulmayan” əsərinə görə Halim Tibet tutub. Çakmak Sinanın “50 qızın göz yaşları” tablosu isə üçüncü yerə layiq görülüb. Müsabiqə münsiflərinin seçdiyi 50 əsər fevralın 26-dan martın 7-dək Qazi Universitetinin Rəsm və Heykəl Muzeyində Xocalı soyqırımına həsr olunmuş sərgidə nümayiş olunacaq.

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 3.