“Tarixləşən yaddaşımız”

 

Yanvarın 20-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1990-cı ilin 20 Yanvar faciəsinə həsr olunmuş “Tarixləşən yaddaşımız” adlı yeni tamaşanın təqdimatı olub. 25 il əvvəl Bakıda, Lənkəranda, Azərbaycanın digər bölgələrində xalqımızın başına gətirilən müsibətlər səhnədə təsirli boyalarla təsvir olunub. Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Zemfira Nəcəfova, Aynur Əhmədova, Əlibala Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Emin Fərzullayev və başqaları ifa ediblər.

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 3.