Müstəqilliyə aparan yol: üç ölkənin taleyi
Azərbaycanın və Litvanın
Çexiyadakı səfirliklərinin
dəstəyi və Azərbaycan Tələbə
Şəbəkəsi, Gürcüstan
Tələbələri İttifaqının
təşkilatçılığı ilə Praqanın Luçerna sarayında “Müstəqilliyə aparan
yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərgi açılıb.
Sərgi 1989, 1990 və 1991-ci illərdə
Gürcüstan, Azərbaycan
və Litva xalqlarının müstəqillik
mübarizəsinin qarşısının
alınması məqsədilə
sovet qoşunlarının
bu ölkələrə
yeridilməsi və mülki əhaliyə qarşı törədilmiş
amansız cinayətlərlə
bağlı məlumatların
ictimaiyyətə çatdırılması
məqsədini daşıyır. Sərgidə
1990-cı il yanvarın 20-də Bakıda
dinc əhaliyə qarşı törədilmiş
qırğını əks
etdirən fotoların
nümayişi ilə
yanaşı, çex
və ingilis dillərində hazırlanmış
məlumat vərəqləri
də tədbir iştirakçılarına paylanıb
və bu hadisələrlə bağlı
ətraflı məlumat
verilib.
Azərbaycanın Çexiyadakı səfiri Fərid
Şəfiyev, Gürcüstan və Litva səfirliklərinin nümayəndələri
sərginin açılışında çıxış
edib, hadisələrlə bağlı
xatirələrini bölüşüblər. Sərgi
fevralın 2-dək davam edəcək.
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 2.