Miniatür Kitab MuzeyiGinnesin rekordlar kitabı”nda

 

İçərişəhərTarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimiGinnesin rekordlar kitabı”na daxil edilib.

Muzeyin təsisçisi yaradıcısı, respublikaKitabcəmiyyətinin idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahova bildirib ki, 30 ildən artıq müddətdə formalaşmış kolleksiya bu gün yeni nüsxələrlə zənginləşir.

Muzeydə dünyanın 66 ölkəsində nəşr edilmiş 5600-dən çox miniatür kitab sərgilənir. Z.Salahovanın sözlərinə görə, muzeyinGinnesin rekordlar kitabı”nda salınmasına nail olmaq üçün yarım ildən artıq gərgin görülüb. Muzeydə saxlanılan miniatür kitab nüsxələrindən 2913-ü bütün tələblərə tamamilə uyğun gəlir.

2015-ci il yanvarın 21-də “Ginnesin rekordlar kitabı”nın menecerlər komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib o, miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab olunub. Yaxın vaxtlarda Z.Salahovaya “Guinness World Records” sertifikatı təqdim ediləcək.

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 13.