İran saytında 20 Yanvar
haqqında məqalə
İran İslam
Respublikasının “Mehr News”
informasiya agentliyinin
saytında 20 Yanvar faciəsi haqqında məqalə
yerləşdirilib. Məqalədə qeyd
olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
Bakıya daxil olmuş
sovet qoşun hissələri
mərkəzi hökumətin ədalətsiz siyasətinə
qarşı etirazlarını bildirən dinc
əhalini gülləbaran etdi. Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən
147 insan qətlə yetirildi,
700-dən artıq vətəndaş yaralandı. Yazıda
diqqətə çatdırılır ki,
20 Yanvar faciəsində müsəlman azərbaycanlılarla
yanaşı, Bakıda yaşayan rus, tatar, yəhudilər də
həlak olub. Məqalədə
deyilir ki, Azərbaycan
xalqı hər il 20 Yanvarda
öz qəhrəman
övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir,
bu faciə Ümumxalq
Hüzn Günü kimi qeyd olunur.
20 Yanvar Azərbaycanın müasir
tarixində ölkənin azadlığı, müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyü
uğrunda qəhrəmanlıq
rəmzidir.
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 12.