Bakıdan Riqaya: tarixin tale yolları
Yanvarın 20-də Riqada Bakıdakı faciəli yanvar hadisələrinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Həmin gün Latviya paytaxtında 1991-ci ilin barrikada müdafiəçilərinin xatirəsi də yad edilir. Azərbaycan səfirliyinin əməkdaşları, diasporun nümayəndələri, bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclər Latviya xalqı ilə həmrəylik nümayiş etdirərək, barrikada müdafiəçilərinin xatirəsini yad edib, Azadlıq abidəsi önünə çiçəklər düzüblər.
Mərasimdə Azərbaycanın Latviyadakı
səfiri Elman Zeynalov
tədbir iştirakçılarını 1990-cı ildə
Bakıda, 1991-ci ildə Riqada törədilmiş
faciəli yanvar hadisələrində həlak
olanların xatirəsini bir dəqiqəlik
sükutla yad etməyə
çağırıb. Səfir deyib ki, 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə mərkəzi hakimiyyət
Azərbaycana və onun xalqına
qarşı cinayət törədib. Bakı faciəsinin
kökləri Ermənistan tərəfindən Azərbaycana
qarşı təcavüzlə bağlıdır.
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 12.