“Molla
Nəsrəddin” İslam dünyasında böyük bir yenilik idi
İtaliyanın “Linkiesta”
portalında “Molla Nəsrəddin”
jurnalı ilə bağlı yazı dərc olunub.
Yazıda qeyd olunur ki, 1906-cı ildə işıq üzü görən bu
nəşrin əsas təşəbbüskarı və
müəllifi Azərbaycanın görkəmli
yazıçı-dramaturqu Cəlil Məmmədquluzadə olub. Qısa zamanda bütün İslam
dünyasında böyük maraqla qarşılanan jurnal
İran, Türkiyə, Misir,
Hindistan, Mərakeş kimi
ölkələrdə də yayılaraq oradakı
xalqların sosial-mədəni tərəqqisinə müsbət
təsirini göstərib. Jurnalda yumor və satira vasitəsilə
yerli elitanın tənqid edilməsi, sosial bərabərsizlik və dini
fanatizm kimi mənfi
halların tənqidi öz əksini
tapıb. Məqalədə jurnalı İslam dünyasının ən məşhur
satirik nəşri kimi
təqdim edən müəllif yazır: “Əslində İslam dünyasında çox
böyük bir yenilik olan bu
jurnal Qərb ideyalarına və ənənələrinə
yaxınlaşmanın bir təzahürü
idi”.
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 10.