Qış turizm mərkəzlərinə maraq
artır
«Şahdağ»a və «Tufandağ»a həftəsonu turlar
Turizm şirkətləri həftə sonları ölkəmizin qış turizm mərkəzlərinə turlar təşkil edirlər. «Atlas Travel» turizm şirkətinin daxili turizm departamentinin müdiri Şamo Əliyevin qəzetimizə verdiyi məlumata görə, «Şahdağ» və «Tufandağ» komplekslərinə turlarda iştirak etmək istəyənlərin sayı çoxdur. Həftə sonları bu istirahət mərkəzlərində boş yer tapmaq çətinləşir. Yanvarın 24-25-də də bu istiqamətlərdə növbəti turlar təşkil ediləcək.
Birgünlük «Şahdağ» turunun qiyməti cəmi 20 manatdır. Bu qiymətə nəqliyyat xidməti, ekskursiya, peşəkar fotosessiya, bələdçi xidməti, qidalanma və müxtəlif oyunların təşkili daxildir.
Kompleksdə xizək yollarına aparan 3 kanat istifadədədir. Kanat yollarından istifadə
08:00-dan 16:30-dək 25 manat, 08:00-dan 12:30-dək
15 manat, 12:30-dan 16:30-dək isə 15 manatdır. Bu qiymətə kanat
yollarından istənilən
qədər istifadə
etmək olar. Birdəfəlik istifadə isə
böyüklər üçün
10 (təcrübəsizlər üçün kanat yolundan istifadə), uşaqlar üçün
6 manatdır. Növbəsiz xizək kirayələmək
istəyən turistlər
mütləq turun başlamasına 3 gün qalmış ad, soyad, boy, çəki, ayaq ölçüsü və
doğum tarixlərini
sifariş verdikləri
turizm şirkətinə
bildirməli və ödəniş etməlidirlər.
Xizəyin kirayə qiyməti
20 manatdır.
«Tufandağ» kompleksinə
turun qiyməti səhər yeməyi, fotosessiya, nəqliyyat və bələdçi xidməti də daxil olmaqla, 21 manatdır. Burada xizəkdən istifadə
etmək istəyənlər
üçün 5 xizək
yolu fəaliyyətdədir.
2 xizək yolu
peşəkarlar, 3 xizək
yolu isə təcrübəsizlər üçündür.
Tam və yarımgünlük
xizək kirayəsi mümkündür. Saat
08:00-dan 16:30-dək xizək kirayə qiyməti 15, yarımgünlük (13:00-dan 16:30-dək) istifadə 10 manatdır. Bu paketlərə xizək, baton, çəkmə
daxildir. Əlavə olaraq
tam paket, yəni dəbilqə, eynək, gödəkcə, şalvar,
əlcəyin kirayəsinin
yarım günü
10 manat, tam günü
isə 15 manatdır.
Xizəkdən istifadə üçün
tam paketin qiyməti günlük 30 manat, yarımgünlük 20 manat
müəyyənləşdirilib. Snouborddan istifadə qiymətləri
də xizəyin qiyməti ilə eynidir. «Tufandağ»da
xizək yollarına çıxış və
kanatdan istifadənin qiyməti ayrılıqda
10 manatdır.
Hər iki turizm mərkəzində xizək təlimi mərkəzi də fəaliyyət göstərir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 9.