Milli qürur günümüz
Ağsu rayon Mərkəzi kitabxanasında “20 Yanvar - milli qürur günümüz” mövzusunda dəyirmi masa keçirilib. Rayon ziyalılarının, gənclərin və fəal oxucuların qatıldıqları tədbirin iştirakçıları əvvəlcə 20 Yanvarla bağlı kitab sərgisinə, sonra faciəyə həsr olunan sənədli filmə baxıblar.
Dəyirmi masada çıxış edənlər 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı əvvəlcədən düşünülən məkrli siyasətin növbəti təzahürü kimi səciyyələndiriblər. Qeyd olunub ki, başda Mixail Qorbaçov olmaqla sovet imperiyası rəhbərlərinin himayədarlığı ilə ermənilərin başladıqları Qarabağ hadisələri, azərbaycanlıların öz əzəli torpaqlarından - Ermənistandan deportasiyası, xalqımıza qarşı soyqırımı məhz bu siyasətin təzahürü idi.
Çıxışlarda 20 Yanvarın Azərbaycanın azadlığı uğrunda şanlı mübarizə tarixi olduğu vurğulanıb, faciə qurbanlarının əziz xatirəsinin daim qəlblərdə yaşayacağı bildirilib.
Dilbər
Əliyeva,
Ağsu rayon Mərkəzi
kitabxanası xidmət şöbəsinin böyük
kitabxanaçısı
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 6.