Sumqayıt səhnəsində
"Vicdanın hökmü"
Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində yazıçı Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşasına daxili baxış olub. Baxışda yaxın keçmişin faktlarının səhnə həllini tapdığı əsərin müzakirəsi də aparılıb.
Əsərin ideyasının rejissor işi və aktyor oyununda mükəmməl təcəssüm tapdığını vurğulayan müəllif H.Mirələmov yaradıcı heyətə minnətdarlığını bildirib.
Vətənimizin ağır günlərində onun uğrunda canından keçməyi bacaran igid oğul və qızlarımızdan bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, musiqi tərtibatçısı sənətşünaslıq doktoru Telman Qəniyevdir.
Tamaşa yaxın günlərdə
teatrsevərlərə təqdim olunacaq.
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 5.