Los Ancelesdə anım mərasimi

 

Azərbaycanın Los Ancelesdəki baş konsulluğunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.

 

Mərasimdə Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, mədəniyyət xadimləri, yerli universitetlərin professorları, azərbaycanlı icmasının üzvləri iştirak ediblər.

Əvvəlcə baş konsul Nəsimi Ağayev çıxış edərək, 20 Yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı sovet qoşunları tərəfindən günahsız insanların amansızcasına qətlə yetirildiyini bildirib.

Amerikalı keçmiş diplomat, San Dieqo Universitetinin professoru James Coyle bu hadisənin tarixinə nəzər salaraq, Qara Yanvar faciəsinin SSRİ-nin süqutunun başlanğıcını qoyduğunu vurğulayıb.

Daha sonra Los Ancelesdən jurnalist Nancy Pearlman çıxış edərək, bu qanlı hadisələrdən bir neçə ay əvvəl Bakıda olduğunu xatırladıb. O, həmin vaxt Bakıda gərgin vəziyyətin hökm sürdüyünü, SSRİ rəhbərliyinin Azərbaycan xalqının azadlıq iradəsini sındırmağa hazırlaşdığını hiss etdiyini deyib. Jurnalist Azərbaycana son səfərindən də danışıb. Bildirib ki, ötən 25 il ərzində Azərbaycan inanılmaz dərəcədə dəyişərək, çağdaşinkişaf etmiş ölkəyə çevrilib.

Çıxışlardan sonra skripka və violonçeldə klassik bəstəkarların həzin əsərləri ifa edilib.

Sonda tədbir iştirakçıları Qara Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2015.- 23 yanvar.- S. 5.