“Yurdunu
sevən rəssam”
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Azərbaycan milli rəsm sənətinin tanınmış simalarından biri, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 123-cü ildönümü münasibətilə “Yurdunu sevən rəssam” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva sənətkarın həyat və yaradıcılığı barədə söhbət açıb. Qeyd olunub ki, Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.
Bəhruz Kəngərli muzeyinin
direktoru Mahir Məmmədov
bildirib ki, rəssamın
əsərlərində təbiət, tarixi
abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən birini tutur. O, dövrünün görkəmli şəxsiyyətlərinin
rəsmlərini çəkib, portret
janrında dəyərli əsərlər yaradıb. Muzeydə
Kəngərli irsinə aid 800-dən çox eksponat mühafizə
olunur. Burada rəssamın
353 rəsm əsəri var, onlardan 58-i orijinaldır.
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 2.