«Excelsior Baku» hotelində
pulsuz tədris kursları
«Excelsior Baku» hoteli yeni
peşəkar tədris
proqramını təklif
edir. Hoteldən verilən məlumata
görə, proqram kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri
şagirdlərini və
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrini
əhatə edir.
Pulsuz öyrədici proqram 6 ay üçün nəzərdə
tutulub, proqram başa çatdıqdan sonra müvafiq sertifikat verilir.
Hotelin İnsan
resursları departamentinin
meneceri Kamran Rzayevin sözlərinə
görə, belə kursların təşkili hər iki tərəf
üçün faydalıdır. Tələbələr
bilavasitə iş yerlərində praktiki təcrübə keçir,
hotelin kadr xidməti isə gələcəkdə namizəd
ola biləcək
əməkdaşlar əldə
edir: «Bu proqram adi tələbə təcrübəsindən xeyli
genişdir və gənclərin seçdikləri
profil üzrə işə düzəlməsinə
kömək edir. Bu gün «Excelsior Baku» hoteli yüzlərlə insan üçün peşəkar inkişaf, karyerada yüksəliş
və özünü
reallaşdırma üçün
imkanlar deməkdir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 28
yanvar.- S. 9.