Fitri istedad və
Vətənə bağlılıq
Ağsuda Zəlimxan Yaqubun 65 illiyi qeyd olunub
Şair olmaq üçün ilk
növbədə fitri istedad
lazımdır. Eyni zamanda,
Vətənə, xalqa, torpağa
bağlılıq da mühüm
şərtdir. Xalq şairi
Zəlimxan Yaqub da məhz
belə söz sənətkarıdır.
Bu fikirlər Ağsu
rayon Mərkəzi kitabxanasında şairin 65 illik yubileyinə
həsr olunan mərasimdə səsləndirilib.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Cavanşir Şeydazadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mətləb Məmmədoğlu, şair Vaqif Osmanlı və başqaları Xalq şairinin keçdiyi mənalı həyat yolu, zəngin yaradıcılığı və ictimai fəaliyyəti barədə danışıblar.
Bildirilib ki, 2008-ci ildə aşıqların V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilən Zəlimxan Yaqub qədim el sənətinin inkişafı, gənc istedadların yetişdirilməsi istiqamətində böyük xidmətlər göstərir.
Yubiley mərasimində görkəmli poeziya ustasının şeirlərindən nümunələr səsləndirilib. Tədbir iştirakçıları Zəlimxan Yaqubun həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıb, onun əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.
Dilbər
Əliyeva,
Ağsu rayon Mərkəzi
kitabxanasının böyük
kitabxanaçısı
Mədəniyyət.- 2015.- 28
yanvar.- S. 7.