Ölkəmizin turizm imkanları Nyu-Yorkda nümayiş olunub
23-25 yanvar tarixində
ABŞ-ın Nyu-York şəhərində "New York Times Travel
Show 2015" beynəlxalq turizm
sərgisi keçirilib. Sərgidə Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndə heyəti
iştirak edib. Heyətdə nazirliyin Beynəlxalq
əməkdaşlıq şöbəsinin
müdiri Vasif Eyvazzadə, Turizm şöbəsinin Marketinq
sektorunun aparıcı
məsləhətçisi Günel Aslanova və Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi
Cavid Abdullayev yer alıb. Sərgidə "Spektr
travel", "Pasha travel", "SW travel", "Regea travel", "Geo travel", "Turizm.az",
"The Tour" şirkətləri,
"Gallery hotel" və AZAL da təmsil olunub.
Sərgidə turizm imkanlarımız 30 kvadratmetrlik stenddə nümayiş etdirilib. Stendimizi ziyarət
edənlərə ingilis
dilində 17 adda buklet, broşür, bələdçi kitabı
və jurnallar təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri
artıq üçüncü
(2007, 2013, 2015) dəfədir ki, "New York Times Travel Show" beynəlxalq turizm sərgisində iştirak
edir. Bu il sərgiyə 150 ölkədən
500-ə yaxın şirkət
və mehmanxana qatılıb.
Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 3.