Şirvanda Həzi Aslanovun
105 illiyi ilə bağlı tədbir
Yanvarın 27-də Şirvan şəhər Mərkəzi kitabxanasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun anadan olmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbiri Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Sədaqət Qarayev açaraq Böyük Vətən müharibəsi illərində şücaət göstərmiş Azərbaycanın igid oğlu Həzi Aslanovun həyatı, döyüş yolu haqqında ətraflı məlumat verib. Uşaqlarla iş üzrə direktor müavini Vəzufə Xuduyeva görkəmli hərbi xadimə həsr olunmuş ədəbi əsərlərdən bəhs edib.
Bildirilib ki,
Həzi Aslanovun məzarı Bakıda,
Şəhidlər xiyabanındadır. 1969-cu ildə onun doğulduğu Lənkəranda
ev-muzeyi açılıb, 1983-cü ildə
Lənkəran şəhərinin mərkəzində böyük heykəli ucaldılıb.
Bakıda küçə və metro stansiyalardan biri Həzi Aslanovun adını daşıyır. Onun haqqında müxtəlif sənədli və
“Sizi dünyalar qədər
sevirdim” bədii filmi
çəkilib.
Mədəniyyət.- 2015.- 30
yanvar.- S. 12.