Turizm və Menecment Universitetinin İtaliya universitetləri ilə əməkdaşlığı
Fevral ayından ATMU-da italyan dili kursları
açılacaq
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə İtaliyanın Dante Alieghieri
Cəmiyyəti arasında
əməkdaşlıq haqqında
müqavilə imzalanıb.
Universitetin mətbuat xidmətindən
verilən məlumata görə, imzalanma İtaliyanın ölkəmizdəki
səfiri Campaolo Kutilo və Dante Alieghieri Cəmiyyətinin
Bakı təsisçisi
Gülnarə Aslanbəylinin
universitetə səfəri
əsnasında gerçəkləşib.
Qonaqlarla
görüşən ATMU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov
ali təhsil
ocağının tarixi
və fəaliyyəti
haqqında danışıb.
Qeyd olunub ki, 2006-cı ildə Azərbaycan Turizm İnstitutu kimi fəaliyyətə başlayan tədris ocağı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bu yaxınlarda imzaladığı sərəncama
əsasən, yeni statusla fəaliyyətini daha da genişləndirəcək.
Dünyanın müxtəlif ölkələrinin
ali məktəbləri
ilə əməkdaşlıq
etdiklərini deyən
rektor Dante Alieghieri Cəmiyyəti ilə müqavilənin də
ATMU-nun fəaliyyətinə fayda verəcəyinə əminliyini bildirib.
Səfir Campaolo Kutilo müqaviləni iki ölkə universitetlərinin
əməkdaşlığı baxımından yeni mərhələ kimi dəyərləndirib. «Turizm iqtisadiyyatın elə bir sahəsidir ki, bizim orada
bir-birimizlə bölüşəcəyimiz
çox şey var», - deyən səfirin sözlərinə
görə, Azərbaycanda
bu sahədə böyük işlər görülüb. Diplomat qeyd edib ki,
hazırda Azərbaycanda
italyan dilinə maraq getdikcə artır, bu isə iki ölkə
arasında əlaqələrin
hərtərəfli inkişaf
etməsinin nəticəsidir.
Müqaviləyə uyğun olaraq Dante Alighieri Cəmiyyəti
Azərbaycan Turizm və Menecment Universitetinə İtaliya universitetləri ilə əməkdaşlıq əlaqələrinin
qurulmasında, Bakıya
səfər edən italyan universitetləri nümayəndələrinin ali məktəbdə
görüşlərinin təşkilində,
ATMU tələbələrinin İtaliyadakı hotellərdə
təcrübə keçmələri
ilə bağlı məsələlərdə yardım
edəcək.
ATMU-dan verilən
məlumatda o da bildirilir ki, İtaliya və Azərbaycan hökumətlərarası
müqaviləsinin «Təhsil
sahəsində əməkdaşlıq»
bəndinə əsasən
bir neçə italyan universiteti ilə danışıqlar
aparılır. Artıq Guglielmo Marconi Universiteti
ilə ATMU arasında
niyyət protokolu hazırlanıb. Fevral ayından
etibarən ATMU-da italyan dili kursları
da fəaliyyətə
başlayacaq.
Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 9.