Milli Kitabxanada elektron sistemlərlə bağlı treninqlər keçirilib

 

Mədəniyyət Turizm Nazirliyi informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi istiqamətində layihələr həyata keçirir.

 

Bu sahədə əhəmiyyətli addımlardan biri müxtəlif kitabxana sistemlərinin vahid strukturda birləşdirilməsi tabeçilikdə olan bütün kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (cls.az) yaradılmasıdır.

Oxucularla münasibətləri sadələşdirən digər mərkəzləşdirilmiş kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən portalda məlumatların yerləşdirilməsi, elektron mübadilə sisteminin digər funksiyaları ilə kitabxana əməkdaşlarını yaxından tanış etmək məqsədilə 21-23 25-28 yanvar tarixlərində Azərbaycan Milli Kitabxanasında treninqlər keçirilib.

Treninqlərdə respublikanın 64 rayonu Bakı şəhərinin 9 MKS-i əhatə olunmaqla 100-ə yaxın mütəxəssis iştirak edib. Treninqlər Milli Kitabxananın ULTRA şirkətinin mütəxəssisləri tərəfindən aparılıb. İştirakçılara kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (cls.az) yaradılması portala materialların ötürülməsi yolları, e-maillərin açılması s. məsələlər izah edilib.

Treninqin yekununda Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək dinləyicilərə uğurlar arzulayıb. O, portalın üstünlüklərini bir daha önə çəkib, portalda mövcud olan kitabların biblioqrafik yazısının mübadiləsinin mümkünlüyündən danışıb.

Mədəniyyət Turizm Nazirliyi Texniki təchizat proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov milli avtomatlaşdırılmış sistem olan ALİSA-nın üstünlüklərini bir daha önə çəkib. Bildirilib ki, əvvəllər İRBİS proqramı ilə işləyən bölgə kitabxanalarımız artıq sınaqdan çıxmış ALİSA proqramı ilə işləyəcək. Biblioqrafik yazılar Milli Kitabxanada redaktə olunub sistemə daxil ediləcək.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 6.